...

Azərbaycan və IFC COP29 üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə etdi

İqtisadiyyat Materials 2 Fevral 2024 14:28 (UTC +04:00)
Azərbaycan və IFC COP29 üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə etdi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında COP29 üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Korporasiyanın iqlim biznesi üzrə qlobal direktoru, COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüsson ilə görüşdə baş tutub.

Tərəflər "yaşıl enerji"yə keçid və enerji təhlükəsizliyinin dəstəklənməsi, IFC ilə COP29 üzrə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığının təşviqi məsələlərini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti