...

Ötən il manatın məzənnəsi bu qədər möhkəmlənib - AMB açıqladı

İqtisadiyyat Materials 27 Fevral 2024 16:44 (UTC +04:00)
Ötən il manatın məzənnəsi bu qədər möhkəmlənib - AMB açıqladı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı Trend:

Ötən il ərzində manatın nominal effektiv məzənnəsi 19.3%, real effektiv məzənnəsi isə 5.1% möhkəmlənib.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın 2023-cü il üzrə Pul Siyasəti İcmalında deyilir.

Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan əhəmiyyətli aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib.

Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amillərdən biri kimi çıxış edib.

Hesabat ilində manatın məzənnəsi ticarət tərəfdaşı olan digər ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti