...

Türkiyə Türkmənistan qazının Azərbaycan vasitəsilə nəqli yollarını nəzərdən keçirir

İqtisadiyyat Materials 9 Mart 2024 02:17 (UTC +04:00)
Türkiyə Türkmənistan qazının Azərbaycan vasitəsilə nəqli yollarını nəzərdən keçirir

Bakı. Trend:

Ankara Türkmənistan qazının Azərbaycan, İran və Xəzər dənizi vasitəsilə Türkiyəyə nəqli yollarını nəzərdən keçirir.

Trend xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

"Türkmənistan qazı uzun illərdir gündəmdə olan məsələdir. Qazın çatdırılması üçün üç variant var. Bunlardan biri də türkmən qazının svop yolu ilə İran vasitəsilə Türkiyəyə ötürülməsidir. Digər variant isə İran və Azərbaycan üzərindən mübadilə yolu ilə Türkiyəyə gəlməsidir. Alternativ olaraq, Türkmənistan qazı Xəzər dənizindən keçən boru kəməri vasitəsilə Türkiyəyə tədarük edilə bilər. Bütün bu variantları nəzərdən keçiririk. İlkin olaraq Türkmənistandan 2 milyard kubmetrə qədər təbii qaz nəql edilə bilər", - deyə nazir bildirib.

Bayraktar əlavə edib ki, Türkiyə hökuməti ölkənin İstanbul şəhərində təbii qaz ticarəti platformasını ən qısa zamanda istifadəyə verməyi planlaşdırır.

“Biz "Qazprom"la əməkdaşlıq edərək İstanbulun maliyyə mərkəzi üçün qaz ticarəti platformasının yaradılması üzərində işləyirik. Düşünürük ki, biz bunu qısa müddətdə işə sala bilərik”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti