...

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 15 Aprel 2024 12:01 (UTC +04:00)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

“InvestAZ” dünya maliyyə bazarları ilə bağlı həftəlik analizi təqdim edir.

Baş Bankirlərin çıxışları

Ötən həftə Amerikada proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərinin dərcindən sonra, dollar qarşısında kəskin ucuzlaşan major valyutaların cari həftə ərzində hansı tendensiya sərgiləyəcəklərini baş bankirlərin çıxışları təyin edəcək. Qeyd edək ki, çərşənbə axşamı baş tutacaq ABŞ Federal Ehtiyyatlar Siteminin sədri Cerom Pavelin, İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin, Almaniya Mərkəzi Bankının sədri Yoahim Nagelin, Kanada Mərkəzi Bankının sədri Tif Maklemin çıxışları ilə yanaşı, Avrozonada və İngiltərədə dərc olunacaq iflyasiya məlumatları cari həftədə investorlarının diqqət mərkəzində olacaq. Həmçinin geosiyasi risklər neft qiymətlərini dəstəkləməyə davam edəcək.

ABŞ-da açıqlanacaq makroiqtisadi göstəricilər

Cari həftə ərzində ABŞ-da dərc olunacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi, tikinti sektoruna və mənzil bazarına dair rəqəmlər, İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı, həmçinin Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi göstəriciləri dolların valyuta biralarındakı qiymətlərinə ciddi təsri edə bilərlər.

EUR

Ötən həftə Avropa Mərkəzi Bankının faiz dərəcələrini sabit saxlamasından sonra, cari həftənin çərşənbə günü Avrozonada açıqlanacaq inflyasiya göstəriciləri investorların diqqət mərkəzində olacaq.

Ardıcıl 3 həftəlik enişdən sonra, martın son həftəsini artımla tamamlayan EURUSD məzənnəsi ötən həftə dollar qarşısında kəskin ucuzlaşması ilə yadda qaldı. Amerikada və Avrozonada açıqlanan iqtisadi göstəricilər fonunda paritet ötən həftə sərt düşü yaşadı və həftəlik şamını 1.0640 səviyyəsində bağladı.

Təhlillərə əsasən, “Ayılar” qiyməti 1.07$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.

GBP

İngiltərədə cari həftənin çərşənbə axşamı və çərşənbə günü açıqlanacaq əmək bazarı göstəriciləri və İstehlak Qiymətləri İndeksinə dair rəqəmlər, eləcə də, İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı GBPUSD məzənnəsində tendensiyanın gedişinə ciddi təsir edə bilər. Ötən həftəni 1.2440 səviyyəsində tamamlayan GBPUSD məzənnəsində “ayılarlar” qiyməti 1.25$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.

NEFT

Neft qiymətləri, Yaxın Şərqdəki geosiyasi gərginliklər, xüsusilə İran-israil münasibətlərinin hərbi müstəviyə keçməsi, təklifin azalması ilə bağlı narahatlıqlar və artan tələb gözləntiləri ilə artım tendensiyasını davam etdirə bilər.

Cari həftənin ilk ticarət saatlarında bir qədər ucuzlaşan neft qiymətlərini analitiklər daha ucuz qiymətdən almaq üçün fürsət hesab edirlər.

Qeyd edək ki, “Brent” neftinin qiyməti 90$, “WTI” (Qərbi Texas Nefti) neftinin qiyməti isə 86$ həddinin üzərində qalarsa, bahalaşma müvafiq olaraq 100$ və 95$ hədlərinə kimi davam edə bilər.

XAUUSD

Artıq 7 həftədir bahalaşan qızıl ardıcıl olaraq rekord hədlərini yeniləyir. Ötən həftəyə də artımla başlayan və 2431$ səviyyəsini test edən qızıl, Amerikada açıqlanan yüksək inflyasiya göstəricilərindən sonra, dolların bahalaşması fonunda 2344$-a kimi ucuzlaşdı və həftəlik şamını bu səviyyədə tamamladı. Ehtimal olunur ki, bu həftə Avrozonada və İngiltərədə dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri, xüsusilə də baş bankirlərin çıxışları fonunda qızıl qiymətlərində müşahidə kəskin dalğalanmalar davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti