...

Azərbaycanda texnoloji dəyişikliklərə uyğunlaşma sürəti möhtəşəmdir - İqor Ovçarenko

İqtisadiyyat Materials 15 May 2024 17:07 (UTC +04:00)
Azərbaycanda texnoloji dəyişikliklərə uyğunlaşma sürəti möhtəşəmdir - İqor Ovçarenko
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda texnoloji inkişaf və dəyişikliklərə uyğunlaşma sürəti möhtəşəmdir

Trend xəbər verir ki, bu barədə bu gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin innovasiyalar üzrə direktoru İqor Ovçarenko Bakıda keçirilən "M360 Eurasia 2024" beynəlxalq konfransında çıxışında deyib.

"Süni intellekt texnologiyaları və maşın təliminin sürətli inkişaf şəraitində sənayenin əsas sahələrində dəyişikliklər sadəcə heyrətamizdir və gələcəyi proqnozlaşdırmaq getdikcə son dərəcə çətinləşir. Fikrimcə, ən yaxşı strategiya vaxtı və enerjini bacarıqların inkişafına sərf etməkdir", - deyə o əlavə edib.

Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024" beynəlxalq konfransı keçirilir.

Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyici qurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarının rəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digər iştirakçılar bir araya gəlib.

"M360 Eurasia" Bakıda ikinci dəfədir ki, keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti