...

Ötən il təhsilə 4 milyardan çox pul xərclənib

İqtisadiyyat Materials 23 May 2024 11:21 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin dövlət büdcəsindən təhsil sahəsinə 4 124 827 523 manat vəsait xərclənib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində qeyd edilib.
Belə ki, məktəbəqədər təhsilə 353 236 537, ümumi təhsilə 2 244 012 267, peşə təhsilinə 65 396 525 manat, orta ixtisas təhsilinə 95 248 436 manat, ali təhsilə 462 219 880 manat, əlavə təhsilə 10 531 362 manat, təhsil sahəsində tətbiqi tədqiqatlara 5 986 224 manat, təhsil sahəsində digər müəssisə və tədbirlər 888 196 292 manat vəsait xərclənib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası gəlirlər 35 236 394,3 min manat, xərclər 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif edilir.

Xəbər lenti

Xəbər lenti