...

Gəmi ilə yükdaşımaların həcmi açıqlandı

İqtisadiyyat Materials 16 İyul 2024 12:16 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2024-cü ilin yanvar-iyun aylarındakı yükdaşıma göstəricilərini açıqlayıb.

Trend ASCO-ya istinadən xəbər verir ki, ötən 6 ay ərzində ASCO tankerləri 2 009 536 ton yük daşıyıb.

Bərə və Ro-Pax tipli gəmilərlə daşınan vaqonların sayı 19 068 ədəd, yük avtomobillərinin sayı 17660, minik avtomobillərinin sayı isə 1 079 ədəd olub. Həmçinin, bu gəmilərlə 13 433 sərnişin daşınıb.

ASCO-nun universal quru yük gəmiləri hesabat dövründə 363 818 ton yük nəql edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti