...

Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

İqtisadiyyat Materials 7 Avqust 2024 12:21 (UTC +04:00)
Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,3 milyard manat olub.

Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,1 % artaraq 2,1 milyard manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,4 % artaraq 118,2 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,2 % artaraq 88,2 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8 % artaraq 578,9 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,2 % artaraq 406,5 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti