...

Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Materials 9 Avqust 2024 11:26 (UTC +04:00)
Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bakı. Trend:

İndiyədək 164 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib.

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 6 müraciətə baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bunlar "Cibpay" MMC-nin çoxfunksiyalı onlayn ödəniş platforması, "Optima Business Solutions" MMC-nin elektron sənədlərin idarəedilməsi və imzalanması üçün onlayn platforması və “İxtisasSeç" MMC-nin təhsil müəssisələrinə qəbul prosesini asanlaşdıran platformasıdır.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 164-ə çatıb.

“Startap” şəhadətnaməsi KOB subyektlərini bu sənədi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

Qeyd edək ki, layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Xəbər lenti

Xəbər lenti