...

Azərbaycan və Özbəkistan avtomobillərin yığılması üzrə layihə hazırlayır (Özəl)

İqtisadiyyat Materials 5 Sentyabr 2024 09:55 (UTC +04:00)
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "Azermash" şirkəti və Özbəkistan arasında "Cobalt" avtomobillərinin CKD (Complete Knock Down) texnologiyası ilə yığılmasının təşkili üzrə layihə üzərində iş gedir.

Trend bu barədə məlumatlı mənbəyə istinadən xəbər verir.

İstehsalın həcmi illik 15,000 avtomobil nəzərdə tutulur və layihənin 2025-ci ildən başlanması planlaşdırılır.

Bu əməkdaşlıq çərçivəsində, həmçinin, Hacıqabul şəhərində "Tracker" və "Onix" modellərinin istehsalı davam etdirilir. Özbəkistanda illik avtomobil istehsalı 500,000-dən çoxdur. Ölkənin iri istehsalçıları arasında "UzAuto Motors", "MAN Auto Uzbekistan", "SamAuto", "ADM Jizzakh" kimi şirkətlər var. Eyni zamanda, "BYD" markalı elektrikli avtomobillərin istehsalı da həyata keçirilir.

Azərbaycanın Gəncə və Naxçıvan şəhərlərində isə "Azermash" və "AzSamand" kommersiya və yük avtomobilləri istehsal edən iri maşınqayırma müəssisələri fəaliyyət göstərir.

22 avqust tarixində Daşkənddə keçirilmiş Özbəkistan-Azərbaycan biznes-forumunda 2 milyard ABŞ dolları dəyərində layihə portfeli təsdiqlənib.

Bundan başqa, avqustun 23-də Prezident İlham Əliyevin Daşkənddə səfəri çərçivəsində dövlət başçılarının iki ölkənin işgüzar adamları ilə görüşü baş tutub. Görüşün yekunlarına əsasən, istifadəyə verilməsi üçün ümumi dəyəri 520 milyon dollar olan 7 layihə hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti