...

Bu il 240 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Materials 20 Sentyabr 2024 11:49 (UTC +04:00)
Bu il 240 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bakı. Trend:

2024-cü ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak üzərində 239 314 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 39 148-i (16,3%) ilkin, 200 166-sı isə (83,7%) isə təkrar qeydiyyatın payına düşür.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat verib.

Məlumata görə, 2024-cü ilin ilk 8 ayında fərdi yaşayış və bağ evi üzərində - 39 536, mənzil üzərində - 55 172, torpaq sahəsi – 136 179, qeyri-yaşayış binası – 2.229, qeyri-yaşayış sahəsi – 5.636, əmlak kompleksi – 526, çoxmərtəbəli yaşayış binası üzərində isə 36 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 63 933-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində 177 937 texniki pasport tərtib edilib, 46 919 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti