...

Azərbaycanda qadın fermerlərin potensialını açmaq üçün platforma lazımdır - İcraçı direktor

İqtisadiyyat Materials 2 Oktyabr 2024 13:29 (UTC +04:00)
Azərbaycanda qadın fermerlərin potensialını açmaq üçün platforma lazımdır - İcraçı direktor
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qadın fermerlərin ekoloji cəhətdən dayanıqlı bacarıqlara əsaslanan iş yerlərinin yaradılması potensialını açmaq üçün bir platformaya ehtiyac var.

Trend xəbər verir ki, bu barədə Qadın Fermerlər Fondunun təsisçisi və icraçı direktoru Sonya Payva Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransının 3-cü günündə "Kiçik və Orta Müəssisətlər (KOM) üçün "yaşıl" bacarıqlar ekosisteminin yaradılması" adlı panel müzakirəsində deyib.

"İş yerlərinin yaradılması, eyni zamanda, bu gün müzakirə etdiyimiz iqlim, su resursları və davamlı inkişafın digər aspektləri ilə sıx bağlıdır. Açar istiqamətlər və resurslar məhz bu sektorda cəmlənməlidir", - S.Payva vurğulayıb.

Onun sözlərinə görə, qadınların və gənclərin peşə bacarıqlarına xüsusi diqqət yetirilməlidir.

"Onların öz bacarıqlarını inkişaf etdirmək imkanlarının olması vacibdir, çünki məhz bu qruplar dayanıqlı inkişafda açar rol oynayır. Məsələn, burada, Azərbaycanda, qadınların kənd təsərrüfatında fəal iştirak etdiklərini gördüm, lakin onların töhfəsi tez-tez dəyərləndirilməz qalır. Onlara ekoloji cəhətdən dayanıqlı bacarıqlara əsaslanan iş yerlərinin yaradılmasında öz potensialını açmaq üçün bir platforma lazımdır. Bu məsələlərin həlli həyati əhəmiyyət kəsb edir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti