...

BMT baş katibinin müavini Azərbaycanda keçiriləcək COP29 sammiti öncəsi hazırlıq tədbirlərində iştirak edəcək

İqtisadiyyat Materials 2 Oktyabr 2024 23:00 (UTC +04:00)
BMT baş katibinin müavini Azərbaycanda keçiriləcək COP29 sammiti öncəsi hazırlıq tədbirlərində iştirak edəcək
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

BMT baş katibinin müavini Əminə Məhəmməd COP29 tədbirlərinə hazırlıq məqsədilə keçiriləcək iclaslarda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Trend-in verdiyi məlumata görə, bu barədə BMT baş katibinin mətbuat katibi Stefan Cüjarrik bildirib.

O qeyd edib ki, Əminə Məhəmməd İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öncəsi hazırlıq iclasında (PreCOP) iştirak edəcək və tədbir çərçivəsində müxtəlif dövlətlərin nümayəndə heyətləri ilə görüşlər keçirəcək. Həmçinin, Bakıda Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə də görüşərək COP danışıqlarını müzakirə edəcək. O, oktyabrın 11-də Nyu-Yorka geri dönəcək.

PreCOP tədbiri 10-11 oktyabr tarixlərində Azərbaycanda baş tutacaq. Qeyd edək ki, PreCOP adlanan bu hazırlıq iclasları, hər ilki COP sammitindən təxminən bir ay əvvəl təşkil olunur və əsas məqsədi gələcək danışıqlar üçün siyasi tövsiyələr vermək məqsədilə qeyri-rəsmi forum yaratmaqdır.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti