...

Ədliyyə Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri dəyişdi

İqtisadiyyat Materials 6 Dekabr 2024 19:00 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri dəyişdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

"Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında” qərarda dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə edilən əlavəyə əsasən, Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Ədliyyə Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) ilə bağlı daxilolmaların 1 faizinə qədər, həmçinin, mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti