...

Azərbaycanın ilk milli tankeri olan “Laçın”ın 5 illik fəaliyyəti açıqlandı

İqtisadiyyat Materials 13 Dekabr 2024 16:00 (UTC +04:00)
Azərbaycanın ilk milli tankeri olan “Laçın”ın 5 illik fəaliyyəti açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bayrağı altında xarici sularda üzən tanker ötən 5 il ərzində müxtəlif limanlara ümumilikdə 68 səfər həyata keçirib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) Trend-ə verilən məlumata görə, bu səfərlər çərçivəsində gəmi ilə 415 135 ton neft və neft məhsulu daşınıb.

“Laçın” tankeri ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdir. Gəminin dedveyti dənizdə 7 884 ton və çayda 5 455 ton təşkil edir. Uzunluğu 141 metr, eni 16,9 metr olan tanker saatda 10 dəniz düyünü sürətlə hərəkət edir.

Qeyd edilib ki, bu milli tankerimiz Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (Royal Institution of Naval Architects, RINA) siyahısına görə, 2019-cu ildə inşa edilən dünyanın ən yaxşı 50 mülki gəmisindən biri olub.

Xatırladaq ki, Azərbaycanın ilk milli tankeri olan “Laçın”ın istismara verilməsindən 5 il ötür.

ASCO-nun sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan tankerin istismara verilməsi mərasimi 13 dekabr 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti