...

Azərbaycan indi 54 orta gəlir təbəqəli ölkələr sırasındadır - Şahmar Mövsümov

İqtisadiyyat Materials 10 Fevral 2025 10:40 (UTC +04:00)
Azərbaycan indi 54 orta gəlir təbəqəli ölkələr sırasındadır - Şahmar Mövsümov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan indi 54 orta gəlir təbəqəli ölkələr sırasındadır.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dünya Bankının (World Bank) 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatının" (World Development Report - WDR) Bakıda keçirilən təqdimat tədbirində deyib.

O bildirib ki, 30 il ərzində Azərbaycan sıfırdan müasir inkişaf etməkdə olan ölkəyə çevrilməyə nail olub: "İqtisadi çətinliklərin öhdəsindən gələrək dayanıqlı artım üçün əsaslar, fundament qurmuşuq. Azərbaycan indi 54 orta gəlir gəlir təbəqəli ölkələr sırasındadır. Bu, qısa müddət ərzində çox böyük bir nailiyyətdir.

Azərbaycan həmçinin regionda aparıcı dövlət olaraq həm siyasət, həm də iqtisadiyyat baxımından mövqeyini gücləndirmişdir. Eyni zamanda bu qüvvə bizim suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etməyə də kömək etdi”.

“1992-də Dünya Bankı ilə əməkdaşlığa başladıqdan sonra Azərbaycan çox ciddi transformasiyadan keçib. Dünya Bankı Azərbaycanın çox ciddi tərəfdaşı olub, o cümlədən səhiyyə, kənd təsərrüfatı sahələrində layihələrində həyata keçirilməsində çox yaxından iştirak edib. Dünya Bankı gələcəkdə innovasiyaların dəstəklənməsində bizim əsas tərəfdaşlarımızdan biri olaraq qalacaq.

Bildiyiniz kimi, 90-cı illərdə ÜDM-in yarısından çoxu itirilmişdi. 2023-cü ildə Azərbaycanda uzun müddətli modernizasiya strategiyasına start verilmişdir. Bununla da ölkədə iqtisadi inkişafın qızıl erası başlamışdır. 2024-cü il ərzində Azərbaycan iqtisadiyyatında 3,4 dəfə artıma nail olunmuşdur. Şaxələndirilmənin də gücləndirilməsi ən vacib çağırışlardan biridir. 2012-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 49% idi, indi isə 68% təşkil edir”, - deyə Ş. Mövsümov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti