Bakı. Trend:
Azərbaycan innovasiyalara yönəlik zəruri infrastruktura və bazaya malikdir. İnanıram ki, bu zəmində biz həqiqətən inkişaf edən bir gələcəyə addım ata bilərik.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dünya Bankının (World Bank) 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatının" (World Development Report - WDR) Bakıda keçirilən təqdimat tədbirində deyib.
O bildirib ki, Azərbaycan tərəfindən infrastruktur, energetika və texnologiyalara çox böyük həcmli investisiyalar qoyulub:
"Bu da gələcək artım üçün böyük əsas təşkil edir. Xarici texnologiyalar, ekspertiza və qabaqcıl dünya praktikası müxtəlif senayelərə uğurla inteqrasiya edilib. Elektron kommersiya, bankçılıq və bu kimi tədbirlər bu tərəqqinin, nailiyyətin əlamətidir".
"İnnovasiya isə bizim növbəti vacib sahəmizdir. O da uzun
müddətli iqtisadi uğurun təmin edilməsi üçün çox vacibdir. Bunun
üçün startaplar və sahibkarlara dəstək göstərilməlidir.
Azərbaycan innovasiyalara yönəlik zəruri infrastruktura və bazaya
malikdir. İnanıram ki, bu zəmində biz həqiqətən inkişaf edən bir
gələcəyə addım ata bilərik.
Həqiqətən də, dünyanın qarşısında ciddi çağırışlar dayanır. Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığa baxsaq, biz, həqiqətən də, gələcəyə uğurla irəliləyə bilərik", - deyə Ş. Mövsümov vurğulayıb.