...

AZSTAND SOCAR-ın “Kompleks Qazma İşləri Tresti”ni sertifikatlaşdırıb

İqtisadiyyat Materials 11 Fevral 2025 12:24 (UTC +04:00)
AZSTAND SOCAR-ın “Kompleks Qazma İşləri Tresti”ni sertifikatlaşdırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks Qazma İşləri Tresti”-nin inteqrə olunmuş idarəetmə sistemini yenidən sertifikatlaşdırıb.

Trend-ə bu barədə AZSTAND-dan məlumat verilib.

Məlumata görə, bu məqsədlə AZSTAND tərəfindən ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər”, ISO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” və ISO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik” standartları əsasında uyğunluğun qiymətləndirilməsi xidmətləri göstərilib.

Qeyd edək ki, AZSTAND sertifikatlaşdırma xidmətlərini həyata keçirməklə müəssisə və təşkilatlarda tətbiq olunan idarəetmə sistemlərinin müvafiq dövlət və beynəlxalq standartların tələblərinə uyğunluğunu yoxlayır, onların təkmilləşdirilməsinə dəstək olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti