...

Azərbaycanda 18 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Materials 11 Fevral 2025 14:54 (UTC +04:00)
Azərbaycanda 18 nəqliyyat vasitəsi özəlləşdirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 11 fevral tarixində keçirilən hərracda 2 lot üzrə 18 nəqliyyat vasitəsi satılıb.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, hərracda lot üzrə 17 nəqliyyat vasitəsi 186.500 manata, digər nəqliyyat vasitəsi 7.100 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3GJuci linki vasitəsilə tanış olmaq olar.

Cari ay üzrə növbəti hərraclar 14, 18, 25 və 27 fevral tarixlərində keçiriləcək. Hərraclara nəqliyyat vasitələri, daşınmaz əmlaklar, avadanlıqlar və texnikalar çıxarılıb.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti