...

Dövlətə 3 min manatdan çox vergi borcu olan 18 illik şirkət bağlandı

İqtisadiyyat Materials 11 Fevral 2025 15:56 (UTC +04:00)
Dövlətə 3 min manatdan çox vergi borcu olan 18 illik şirkət bağlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan-Şenqli Bohay Petrolium İncinirinq Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunur.

Trend-in əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini 1010 Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev küçəsi, ev 187B, mənzil 1404 ünvanına bildirə bilərlər.

Lakin şirkətin hansı səbəbdən ləğv edilməsi ilə bağlı qərar qəbul edilməsi haqqında məlumat verilmir.

Şirkətin hazırda dövlətə 3236.12 manat vergi borcu var.

Qeyd edək ki, 2007-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin qanuni təmsilçisi Jinhan Jianqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti