...

Ötən il Azərbaycanda stasionar nəqletmə vasitələri ilə 43,1 milyon ton yük daşınıb

İqtisadiyyat Materials 12 Fevral 2025 12:51 (UTC +04:00)
Ötən il Azərbaycanda stasionar nəqletmə vasitələri ilə 43,1 milyon ton yük daşınıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda stasionar nəqletmə vasitələri ilə 23,1 milyard ABŞ dolları dəyərində 43,1 milyon ton yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstəriciyə nisbətən dəyər ifadəsində 7,6 milyard ABŞ dolları və ya 24,9%, həcm ifadəsində isə 4,3 milyon ton və ya 9% azdır.

Məlumata əsasən, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 23 milyard ABŞ dolları dəyərində 42,7 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 7,4 milyard ABŞ dolları və ya 24,3%, həcm ifadəsində isə 3,1 milyon ton və ya 6,7% azalma deməkdir.

Eyni zamanda dövr ərzində stasionar nəqletmə vasitələri ilə Azərbaycana 93,4 milyon ABŞ dolları dəyərində 385,6 min ton yük idxal edilib. Bu isə 2023-cü ildəki göstəriciyə nisbətən dəyər ifadəsində 275,3 milyon ABŞ dolları və ya 74,7%, həcm baxımıdan isə 1,2 milyon ton və ya 75,5% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti