...

BOKT-larda kənar auditin aparılmasına və korporativ idarəetmənin standartlarına dair tələblər hazırlanacaq - AMB rəsmisi

İqtisadiyyat Materials 14 Fevral 2025 13:00 (UTC +04:00)
BOKT-larda kənar auditin aparılmasına və korporativ idarəetmənin standartlarına dair tələblər hazırlanacaq - AMB rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bank tərəfindən maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair tələblər təsdiq edilib. Bu tələblərin digər nəzarət subyektlərində olduğu kimi bank olmayan kredit təşkilatlarına da (BOKT) şamil olunması BOKT-ların bu sahədə potensialını və məsuliyyətini artıracaqdır.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın Kredit Təşkilatlarına Nəzarət Departamentinin şöbə rəisi Xəyyam İsmayılov Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, BOKT-lar ötən dövrlərdə bu sahəyə o qədər maraq göstərmədiyindən təşkilatların monitorinqi zamanı müəyyən problemlər və boşluqlar müəyyən edilib: "Bu sahədə işlərimizi davam etdiririk və növbəti mərhələdə BOKT-larda kənar auditin aparılmasına və korporativ idarəetmənin standartlarına dair tələblər də hazırlanacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti