...

Bu ilin ilk ayında ASCO-nun yükdaşıma göstəricilərində artım qeydə alınıb

İqtisadiyyat Materials 14 Fevral 2025 14:28 (UTC +04:00)
Bu ilin ilk ayında ASCO-nun yükdaşıma göstəricilərində artım qeydə alınıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) -in gəmiləri ilə 2025-ci ilin ilk ayı üzrə yükdaşıma göstəricilərində artım qeydə alınıb. Statistika ötən ilin eyni dövrü ilə müqayisədə bütün seqmentlərdə yüksəlişi nümayiş etdirir.

Trend bu barədə ASCO-dan məlumat əldə edib.

Məlumata görə, ilin ilk ayında ən böyük artım quru yük daşımalarında qeydə alınıb. 2024-cü ilin yanvarında 60 196 ton quru yük daşınmışdısa, bu göstərici 2025-ci ilin eyni ayında 180 506 tona yüksəlib, yəni 200,65% artım baş verib.

Tanker daşımalarında da müsbət dinamika müşahidə olunub. Ötən ilin yanvarında 328 533 ton yük daşınmışdısa, cari ilin eyni dövründə bu rəqəm 359 362 tona çatıb. Artım 9,38%-dir.

Vaqon daşımalarında isə 2,76%-lik artım baş verib. 2024-cü ilin yanvarında 2 688 vaqon, 2025-ci ilin eyni ayında 2 762 vaqon daşınıb.

Yanvarda TIR daşımalarında da nəzərəçarpacaq artım qeydə alınıb. 2024-cü ilin ilk ayında 2 980 TIR daşınmışdısa, 2025-ci ilin yanvarında bu rəqəm 4 139-a çatıb. Nəticədə 38,88%-lik artım olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti