Bakı. Trend:
Ötən il Azərbaycana xaricdən 44,5 ton miqdarında parafin idxal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda məhsul idxalının dəyəri 106,3 min ABŞ dolları olub. Parafin idxalı əvvəlki ilin göstəriciləri ilə müqayisədə, miqdar ifadəsi ilə 9 ton (16,8%), dəyər ifadəsi ilə 2,5 min ABŞ dolları (2,3%) azalıb. Belə ki, 2023-cü ildə idxal olunan parafinin miqdarı 53,5 ton, dəyəri isə 108,8 min ABŞ dolları olub.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycana parafin Rusiyadan, Böyük Britaniyadan, Çindən, İrandan, Türkiyədən, Almaniyadan, İtaliyadan gətirilib.