...

Azərbaycan propan qazının idxalına çəkdiyi xərci azaldıb

İqtisadiyyat Materials 17 Fevral 2025 17:27 (UTC +04:00)
Azərbaycan propan qazının idxalına çəkdiyi xərci azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycana xaricdən 717,8 ton miqdarında, 299 min ABŞ dolları dəyərində maye halında propan qazı idxal edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu göstərici əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 10,3 ton və ya 1,4%, dəyər ifadəsi ilə 54 min ABŞ dolları, yaxud da 15,3% azdır.

Belə ki, 2023-cü ildə Azərbaycana xaricdən 728,1 ton miqdarında, 299 min ABŞ dolları dəyərində butan qazı idxal edilib.

Bəhs olunan dövrdə Azərbaycana Qazaxıstandan (715,4 ton, 285,3 min ABŞ dolları), Çindən (1,7 ton, 7,1 min ABŞ dolları), Almaniyadan (0,7 ton, 5,2 min ABŞ dolları) və Belçikadan (0,01 ton, 1,3 min ABŞ dolları) maye halında propan qazı idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti