...

Azərbaycanda ictimai iaşə dövriyyəsi 40 milyon manatdan çox artıb

İqtisadiyyat Materials 18 Fevral 2025 14:36 (UTC +04:00)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 40 milyon manatdan çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ay Azərbaycanda ictimai iaşə dövriyyəsi 187,9 milyon manat olub.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 41 milyon manat və ya 21,2 faiz çoxdur.

2024-cü ilin yanvar ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 146,9 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən ay özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,3 faizi hüquqi şəxslərin, 49,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz artaraq 93,6 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti