...

ASCO-nun "RoPax" tipli “Azərbaycan” gəmi-bərəsi ilə daşıma göstəriciləri açıqlanıb

İqtisadiyyat Materials 1 Mart 2025 13:09 (UTC +04:00)
ASCO-nun "RoPax" tipli “Azərbaycan” gəmi-bərəsi ilə daşıma göstəriciləri açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-in "RoPax" tipli “Azərbaycan” gəmi-bərəsi ilı daşıma göstəriciləri açıqlanıb.

Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Qeyd edilib ki, Bakı Gəmiqayırma Zavodunda inşa olunan gəmi 1 mart 2021-ci ildən indiyədək ötən dövrdə bu gəmi-bərə ilə 1214 vaqon, 23883 yük maşını, 3844 minik avtomobili, 23739 sərnişin daşınıb.

“Azərbaycan” gəmi-bərəsinin uzunluğu 154,50, eni 17,7, bortunun hündürlüyü isə 7,5 metrdir. Ha­zırda yükgötürmə qabiliyyətinə görə Xəzərdəki mövcud bərələrdən böyük olan bu gəmi 100 nəfər sərnişin, 56 sis­tern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

Qeyd edək ki, unikal dizayna malik bu gəmi-bərə “Baird Maritime” tərəfindən 2021-ci ilin ən yaxşı gəmi-bərəsi seçilib. RINA-nın hazırladığı 2021-ci ilin mühüm gəmiləri (Significant Ships of 2021) siyahısında isə dünya üzrə 50 gəmidən biri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti