Bakı. Trend:
Cari ilin yanvar-mart aylarında Azərbaycandan 239,6 milyon ABŞ dolları dəyyərində aqrar və aqrar-sənaye məhsulları ixrac edilib.
Trend bu bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% çoxdur.
Bu ixracın 170,5 milyon ABŞ dolları aqrar məhsulların ixracının payına, 69,1 milyon ABŞ dolları isə aqrar-sənaye məhsullarının ixracının payına düşür.
Aqrar məhsulların ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,3%, aqrar-sənaye məhsullarının ixracı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,6% artıb.