...

Hərracda daha 32 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Materials 8 Aprel 2025 16:39 (UTC +04:00)
Hərracda daha 32 nəqliyyat vasitəsi özəlləşdirilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 8 aprel tarixində keçirilən hərracda 32 nəqliyyat vasitəsi satılıb.

Trend-ə bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, hərrac rəqabətli keçib. Belə ki, start qiyməti 7.000 manat olan “Mercedes Benz” markalı mikroavtobus 12.500 manata, 2.800 manat olan “Kamaz” markalı yük avtomobili isə 9.000 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3L3QYU linki vasitəsilə tanış olmaq olar.

Cari ay üzrə növbəti hərraclar 22 və 24 aprel tarixlərində keçiriləcək. Hərraclara nəqliyyat vasitələri, avadanlıqlar və texnikalar çıxarılıb.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti