...

Kredit sığortası üzrə yığımlar 35%-ə yaxın artıb

İqtisadiyyat Materials 10 Aprel 2025 09:44 (UTC +04:00)
Kredit sığortası üzrə yığımlar 35%-ə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən kredit sığortası üzrə toplanılmış sığorta haqqlarının həcmi 1,1 milyon manat təşil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 277 min manat və ya 33,7% çoxdur.

Belə ki, ötən ilin ilk iki ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən kredit sığortası üzrə toplanılmış sığorta haqqlarının həcmi 821 min manat olub.

Yanvar-fevral aylarında bu sığorta sinifi üzrə sığorta ödənişlərinin həcmi 14 min manat olub ki, bu da, illik müqayisədə 0,5 min manat və ya 3,4% azdır.

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən kredit sığortası üzrə ödənilmiş sığorta ödənişlərinin həcmi 14,5 min manat idi.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 281,2 milyon manat sığorta haqqı yığılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,2% çoxdur.

Eyni zamanda, hesabat dövründə sığorta şirkətlərinin xətti ilə 108,6 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin eyni aylarındakı göstərici ilə müqayisədə 11,5% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti