Bakı. Trend:
Dövlət Vergi Xidməti cari ilin fevral ayının 7-də “Parolapay” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alıb.
Trend bu barədə Dövlət Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, şirkətin qanuni təmsilçisi Türkiyə Respublikası vətəndaşı Ramazan Fatih Çelikdir.
Nizamnamə kapitalı 300 min manat, 300 min ABŞ dolları (cəmi 810 min manat) olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı ev.60-dır.