...

Bakıda Aviasiya Enerji Forumu keçiriləcək

İqtisadiyyat Materials 14 Aprel 2025 16:06 (UTC +04:00)
Bakıda Aviasiya Enerji Forumu keçiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Aviasiya Enerji Forumu 2025 keçiriləcək.

Trend xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev özünün "Facebook" səhifəsində yazıb.

"Forum çərçivəsində sənayenin ən aktual prioritetləri müzakirə ediləcək, aviasiya sahəsində səmərəliliyin artırılması, innovasiyaların təşviqi və 2050-ci ilə qədər “Xalis Sıfır” emissiya (Net Zero Emissions) hədəfinə nail olunması istiqamətində fikir mübadiləsi aparılacaq. 13-15 may 2025-ci il tarixlərində AZAL-ın dəstəyi ilə ölkəmizdə baş tutacaq bu mötəbər forumda: 50-dən çox ölkənin nümayəndələri, 60-dan aviaşirkət, 550-dən çox qeydiyyatdan keçmiş iştirakçı bir araya gələcək.

Azərbaycan və AZAL olaraq Aviasiya Enerji Forumuna ev sahibliyi etməklə qlobal aviasiya gündəminə töhfə verməkdən, beynəlxalq tərəfdaşlıqları genişləndirməkdən və ölkəmizin regionun aviasiya mərkəzi kimi mövqeyini gücləndirməkdən qürur duyuruq", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti