Bakı. Trend:
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda dəmiryol nəqliyyatı vasitələrinin sığortası üzrə sığorta şirkətlərinin yığımları 1,4 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 118 min manat və ya 7,9% azdır.
Eyni zamanda, hesabat dövründə kredit sığortası üzrə ödənişlərin həcmi 29 min manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-aprel aylarındakı göstərici ilə müqayisədə 1 min manat və ya 3,6% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 588,5 milyon manat sığorta haqqı yığılıb.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur.
Eyni zamanda, 2025-ci ilin ilk 4 ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 231,3 milyon manat sığorta ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% artım deməkdir.