...

Orta Dəhliz uzunmüddətli perspektivdə Azərbaycan üçün əlavə şaxələndirmə imkanları təqdim edir - "Moody's"

İqtisadiyyat Materials 5 Dekabr 2025 12:43 (UTC +04:00)
Orta Dəhliz uzunmüddətli perspektivdə Azərbaycan üçün əlavə şaxələndirmə imkanları təqdim edir - "Moody's"
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz uzunmüddətli perspektivdə Azərbaycan üçün əlavə şaxələndirmə imkanları təqdim edir.

Bu barədə Trend “Moody’s”ə istinadən xəbər verir.

“Azərbaycanın iqtisadi dayanıqlığına dair qiymətləndirməmiz ölkənin neft-qaz sektorundan əhəmiyyətli dərəcədə asılı olmasına baxmayaraq, qarşıdakı 12–18 ay üçün möhkəm artım perspektivlərini əks etdirir. Azərbaycanın Orta Dəhliz boyunca nəqliyyat-logistika qovşağı kimi artan potensialı, həmçinin əvvəllər münaqişədən təsirlənmiş regionların davamlı inkişafı iqtisadi perspektivləri dəstəkləyir və uzunmüddətli dövrdə əlavə şaxələndirmə üstünlükləri təmin edə bilər”,- “Moody’s”in hesabatında bildirilir.

Agentliyin proqnozlarına görə, Azərbaycanın real ÜDM artımı 2024-cü ildəki 4,1 faizlə müqayisədə 2025-ci ildə 1,5 faizə qədər azalacaq. Azalma riskləri qlobal ticarət qeyri-müəyyənliyi və geosiyasi dəyişkənlik fonunda daha zəif xarici mühitlə bağlıdır.

“Gələcəkdə gözləntimiz odur ki, qeyri-neft sektorunun artımı nəqliyyat-logistika sektorunda imkanların genişlənməsi və fəallıq hesabına dəstəklənəcək. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi əsas nəqliyyat xəttləri əhəmiyyətli investisiyalar cəlb edir və bütövlükdə iqtisadiyyata müsbət təsir göstərir. Qarabağ və Şərqi Zəngəzur regionlarının bərpası da böyükmiqyaslı kapital qoyuluşları və tikinti fəaliyyətləri hesabına artıma töhfə verir. Paralel olaraq, bərpa olunan enerji sahəsində dövlət siyasəti külək və günəş layihələrinə xarici investisiyaları cəlb edir və gələcəkdə təmiz enerji ixracından gəlir imkanları yaradır”,- hesabatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti