...

Azərbaycandakı bankların cәmi aktivlәri noyabrda 4%-dən çox artıb

İqtisadiyyat Materials 25 Dekabr 2025 11:57 (UTC +04:00)
Azərbaycandakı bankların cәmi aktivlәri noyabrda 4%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda fәaliyyәtdә olan bankların cәmi aktivlәri 58,748 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, hesabata dövründə bankların cәmi öhdәliklәri 51,517 milyard manat, balans kapitalı 7,231 milyard manat olub.

Beləliklə, noyabr ayında bankların cәmi aktivlәri 4,3%, cәmi öhdәliklәri 4,7%, balans kapitalı 1% artıb.

Ötən ilin dekabr ayının 1-i ilə müqayisədə isə bankların cәmi aktivlәri 17,1% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti