...

Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 24%-dən çox artıb

İqtisadiyyat Materials 27 Yanvar 2026 12:28 (UTC +04:00)
Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 24%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il özəlləşdirmədən dövlət büdcəsinə 135,3 milyon manat daxil olub.

Trend İqtisadiyyat Nazirliyi yanında Əmlka Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 26,4 milyon manat və ya 24,2% çoxdur. Ümumilikdə isə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı illik büdcə proqnozunun icrası 123% həcmində təmin olunub.

Hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 58 hərrac təşkil edilib. Ümumilikdə hərraclarda iştirak etmək üçün 2.446 sifariş verilib. Hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 149 onlayn qoşulma olub. Hərraca çıxarılmış əmlaklar üzrə 644 elektron sifariş qəbul edilib.

Dövlət əmlakının icarəyə verilməsi sahəsində də yüksək nəticələrə nail olunub. Belə ki, 2025-ci il ərzində 4.957 yeni icarə müqaviləsi bağlanılıb ki, bunun 621-i qeyri-yaşayış, 4.336-sı isə torpaq sahəsinə aiddir. Daşınmaz dövlət əmlakının icarəsindən ötən il dövlət büdcəsinə daxilolmalar 46,2 milyon manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 8,6 milyon manat və ya 23% çoxdur. Ümumilikdə isə hesabat dövründə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı illik büdcə proqnozunun icrası 135.9 % həcmində təmin olunub.

Torpaqların idarə edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi sahəsində də işlər davam etdirilib. 2025-ci ildə ölkə üzrə ümumilikdə 25.964 monitorinq keçirilib. Torpaq Məcəlləsinin tələblərini pozan fiziki və hüquqi şəxslər barəsində 1266 inzibati protokol yazılmaqla 585 min manat cərimə tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti