...

Azərbaycanda 2025-ci ildə dövriyyədə olan ödəniş kartlarının sayı açıqlandı

İqtisadiyyat Materials 28 Yanvar 2026 11:50 (UTC +04:00)
Azərbaycanda 2025-ci ildə dövriyyədə olan ödəniş kartlarının sayı açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda bank sistemləri və “Azərpoçt” ASC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 145 min ədəd artaraq 21 milyon 980 min ədədə çatıb.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10,5% artıb.

Qeyd olunur ki, debet kartlarının sayı 12,8% artıb, kredit kartlarının sayı isə 8% azalıb.

“Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 19% artmışdır. 2025-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 10,097 mln. manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 8,833 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,260 mln. manatı POS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.6%-nitəşkil etmişdir”,- deyə məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti