...

Xarici dövlət borcunun ÜDM-ə nisbəti azalıb

İqtisadiyyat Materials 4 Fevral 2026 10:20 (UTC +04:00)
Xarici dövlət borcunun ÜDM-ə nisbəti azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 129 milyard 94 milyon manat (75 milyard 937,6 milyon ABŞ dolları) məbləğində faktiki ÜDM-in 6,3 faizini təşkil edib.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon ABŞ dolları vəya 6,2 faiz azalıb. 2025-ci il ərzindəkredit sazişləri çərçivəsində 106,8 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə möhkəmlənməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 49,8 milyon ABŞ dolları məbləğində artması müqabilində 472,8 milyon ABŞ dolları vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib. 2026-cıilin 1 yanvar tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,6 faiz bəndi azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti