...

Bakı Banklararası Valyuta Birjası oktyabrın 2-nə ticarət sessiyalarının nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2007 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, oktyabrın 2-də USD/AZN orta ölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8504 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarınaa görə 0,8505 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 8 062 892 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8504 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyalarının nəticələrinə görə, "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $ 9 480 000 ABŞ dolları və ya 8 062 892 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 1 354 286 ABŞ dolları düşür.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi, manat vəsaitləri üzrə, illik 14,00%, ABŞ dolları üzrə isə, illik 14,40% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti