...

Bakı Banklararası Valyuta Birjası oktyabrın 9-da bağlanmış əqdlərin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2007 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 09 oktyabr tarixdə USD/AZN ortaölçülüməzənnəsi hər ABŞ dollarına görə 0,8500 AZN təşkil edib.

BEST sistemində keçirilən Səhər sessiyasınınaçılış məzənnəsi hər ABŞ dollarına görə 0,8503 AZN təşkil edib. USD/AZN T+0aləti üzrə qeydə alınan əqdlərin həcmi 982 443 AZNtəşkil edib. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN t+0aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 6 753 250 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8500 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyalarının nəticələrinə görə "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZNaləti üzrə $ 9 100 000ABŞ dolları və ya 7 735 693 AZNtəşkil edib. Orta hesabla, hər sövdələşmənin payına1 011 111ABŞ dolları düşür.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZNalətləri üzrə tələbat olmadığı şəraitdə, dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

EUR/AZN T+0aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 11 966 AZN təşkil edib.Manatın orta məzənnəsi avroya nisbətən 1,1966 AZN təşkil edib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,30%, ABŞ dolları üzrə isə illik 15,50% təşkil edib.

Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti