...

Maliyyə nazirinin müavini: Polşa dövlət zəmanəti altında Azərbaycan şirkətlərinə kreditlər ayırmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2007 12:23 (UTC +04:00)
Maliyyə nazirinin müavini: Polşa dövlət zəmanəti altında Azərbaycan şirkətlərinə kreditlər ayırmağa hazırdır

Polşa, Varşava / Trend , müxbir S.Ağayeva/ Polşanın Maliyyə Nazirliyi Azərbaycana imtiyaz və ticarət kreditləri təklif edir. "Biz dövlət zəmanəti altında Azərbaycan şirkətlərinə kredit ayırmağa hazırıq" - deyə cümə axşamı Varşavada Polşanın maliyyə nazirinin müavini Katarjina Camal-Juçidlo jurealistlərə bildirib.

Onun sözlərinə görə, kreditlər aşağı faizlə ayrıla bilər.

"Bizim kreditlərin ayrılması üzrə şərtlərimiz sərfəlidir, təxminən 2 faiz həddində (İllik). Lakin hər şey noyabrın 7-8-də Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Bakıda keçiriləcək ikinci iclası zamanı aparılacaq danışıqlardan asılı olacaq" - deyə o bildirib.

Nazir müavini ehtimmal olunan kredit həcmini açıqlamayıb.

"Polşa Azərbaycan iqtisadiyyatının inkişafını dəstəkləməyə hazırdır. biz artıq öz həmkarlarımızdan maliyyələşdirilməsi tələb olunan müxtəlif layihələr almışıq" - deyə nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti