...

Əmək Nazirliyi qeydiyyatdan keçmiş işsizlərin sayını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin oktyabr ayının birinə təqribən 54 min nəfər işsiz qeydə alıb. Bu barədə cümə günü əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov məlumat verib.

Nazir müavini bildirib ki, yanvar-sentyabr ayları ərzində Əmək Nazirliyi yanında Baş Məşğulluq Idarəsinə müraciət etmiş 34 min nəfərdən 21 mini işlə təmin olunub.

Məşğulluq Idarəsi ölkədə işsizliyin azaldılması üçün 2007-2011-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində, müntəzəm olaraq əmək yarmarkaları keçirir. Nazir müavininin sözlərinə görə, Azərbaycanda təqribən 1400 adam işsizliyə görə müavinət alır. Ən azı 24 manat həcmində olan müavinət idarəyə müraciət edən şəxslərə altı ay ərzində ödənilir.

May ayından Əmək Nazirliyi, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin 54 şəhər və rayonunda əmək yarmarkaları keçirib. Nəticədə, 5739 nəfər işlə təmin olunub.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, yanvar-sentyabr aylarında rəsmi qeydiyyatdan keçmiş işsizlərlin sayı 51,3 şmin nəfər olub. Onların 50,5 faizini qadınlar təşkil edir. Azərbaycanda bir iş yerinə dörd rəsmi qeydiyyatdan keçmiş işsiz iddia edir.

Xəbər lenti

Xəbər lenti