...

ABŞ dollarının zəifləməsi dollar aktivlərinin azalmasına səbəb olacaq- analitik

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2007 19:07 (UTC +04:00)
ABŞ dollarının zəifləməsi dollar aktivlərinin azalmasına səbəb olacaq- analitik

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ "Antanta Kapital" İnvestisiya Şirkətinin analitiki Maksim Osadçi hesab edir ki, Amerika valyutasının zəifləməsi qızıl ehtiyatlarında dollar aktivlərinin payının aşağı düşməsinə səbəb olacaq.

"Məzənnənin aşağı düşməsi domino effekti yaradacaq: dolların məzənnəsinin aşağı düşməsi-dollar aktivlərinin azalması- dolların məzənnəsinin aşağı düşməsi" - deyə analitik bildirib.

2007-ci ilin əvvəlindən dollar valyuta səbətinin 10%-ni itirib. Bu il avronun məzənnəsi dollara münasibətdə 12,5%artıb. "Reuters"in verdiyi məlumata görə, investorlar tərəfindən gəlirlərin fiksasiyası fonunda, noyabrın 28-də dollar iyenaya ilə müqayisədə 0,35% olmaqla, 108,40 iyena aşağı düşüb.

Analitikin sözlərinə görə, dolların zəifləməsi ABŞ-ın xarici ticarət balansının bərabərləşməsinə, yəni idxalın və ixracın artmının azalmasına səbəb olacaq ki, bu da dolların uzunmuüddətli perspektivdə möhkəmlənməsinə gətirib çıxaracaq.

Dolların sıçrayışlı devolvasiyası, iki böhran nəticəsində, Amerika iqtisadiyyatının zəifləməsi ilə şərtlənir, bu böhranlar qlobal likvidlik böhranı və ABŞ-da "sub-prime" ipotekasının böhranıdır. Analitikin sözlərinə görə, cari əməliyyatların defisiti, yəni ABŞ-ın ixrac və idxalı arasında fərq də dollara mənfi təsir göstərir. Osadçi hesab edir ki, Amerika iqtisadiyyatının böhran təhlükəsi ABŞ-ın federal ehtiyat sistemini, faiz dərəcələrin aşağı salmağa məcbur edir ki, bu da dolları zəiflədir.

"Avropa Mərkəzi Bankı (AMB), avrozonanın qənaətbəxş iqtisadi artımı şərtilə, inflyasiya təhlükəsinə reaksiya vermək məcburiyyətindədir. Güman ki, AMB-nin faiz dərəcələrinin artım dövrəsi hələ başa çatmayıb, bu da avronun dollara münasibətdə güclənməsinə gətirib çıxarır" - deyə analitik qeyd edib.

"Beləliklə, makroiqtisadi vəziyyət , ən azı, Amerika valyutasının böyük amplitudda tərəddüdünə səbəb olur" - deyə analitik qeyd edib.

Xəbər lenti

Xəbər lenti