...

2008-ci ildə Azərbaycanda lizinqi nə gözləyir-bazar iştirakçılarının rəyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2007 19:10 (UTC +04:00)
2008-ci ildə Azərbaycanda lizinqi nə gözləyir-bazar iştirakçılarının rəyi

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda lizinq 2005 - ci ildən inkişaf etməyə başlayıb. Lakin hələ də müşasibat uçotunun qeyri-mükəmməlliyi, maliyyə resusrlarının çatışmazlığı var. Bu gün Azərbaycanda lizinq yaxşı perpektivi olan, sürətlə inkişaf edən biznesdir.

Trend ın sorğusunda lizinq bazarının iştirakçıları bu bazarın 2008 - ci ildə Azərbaycanda inkişafını necə gördükləri haqqında fikirlərilə bölüşüblər.

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası idarə heyətinin sədri, Ag leasing lizinq şirkətinin idarə heyətinin sədri Azər Məmmədov:

--2008 - ci ildə Azərbaycanda lizinq şirkətlərinin aktivləri bank aktivlərindən iki dəfə sürətlə artacaqlar. Əgər lizinq bazarı hökumətlə anlaşa bilsə (hazırda hökumətdə Assosiasiyanın hökumət tərəfindən dəstək haqqında təkliflər paketi var), bu bazarın illik dinamik artımı 200-300 faiz təşkil edəcək. Lizinq qeyri-neft sektorunun unikal aləti olduğu üçün, Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası Azərbaycan lizinqinin həm xarici , həm də daxili bazarda rəqabət qabiliyyətli olmasına çalışacaq. Istisna deyil ki, hazırda hökumətlə aparılan danışıqlar nəticəsində, Azərbaycandakı böyük maliyyə institutlarının törəmə şirkətləri yaradılacaq.

Texnika Leasing lizinq şirkəti idarə heyətinin sədri Elxan Nəcəfquliyev:

--2008 - ci ildə Azərbaycanda lizinq əməliyyatlarına tələbat artacaq. Bu, ölkədə bazarın dinamik inkişafına müsbət təsir göstərəcək. Ölkədə iqtisadiyyatın artım templəri ilə əlaqədar olaraq, avadanlıqlara ehtiyacı olan böyük müəssisələr yaranır və inkişaf edir.

Ata Leasing lizinq şirkəti idarə heyətinin sədr müavini Eldar Daşdəmirov:

--2008 - ci ildə Azərbaycanın lizinq bazarında lizinq sazişlərinin sayı və məbləği artacaq. Bundan əlavə, lizinqin ölkənin regionlarına yayılması ehtimalı da var. Bu gün əksər şirkətlər mərkəzdə yerləşdiyindən, onlar yalnız Bakı və Abşeronu təmin edirlər.

Xəbər lenti

Xəbər lenti