...

"Bank Respublika"nın aktiv kartlarının sayı 20 min ədədi keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2007 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 2007-ci ilin əvvəlindən "Bank Respublika"nın aktiv plastik kartlarının sayı 92% artaraq 20 min ədədi keçib. İlin əvvəlindən Bankın aktiv kartlarının sayının artımı 9,6 min ədəd olub.

"Bank Respublika" müştərilərə MasterCard və VISA plastik kartlarını pulsuz və illik xidmət haqqı olmadan verir. "Bank Respublika"nın kartları ilə iş yerindən arayış əsasında girovsuz və zaminsiz 200-dən 10000-dək AZN / USD / EUR məbləğində 35 günədək faizsiz kredit xətti almaq olar. Bank həmçinin plastik kartlar üzrə Home-Banking, Card-to-Card və sair əlavə xidmətlər də təklif edir.

"Bank Respublika" plastik kart müştəriləri arasında həmçinin uduş kampaniyaları keçirir. Cari "Paris səyahəti" kampaniyasının əsas mükafatı 2 nəfərə 7 günlük Paris səyahəti, eləcə də 2 videokamera və 10 iPod musiqi pleyeridir.

Xəbər lenti

Xəbər lenti