...

Azərbaycanın biznesin yeni qeydiyyat sisteminin dünyada analoqu yoxdur - vergilər naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2007 15:18 (UTC +04:00)
Azərbaycanın biznesin yeni qeydiyyat sisteminin dünyada analoqu yoxdur - vergilər naziri

Azərbaycan, Bakı/ " TrendCap " müxbir Ü.İsmayılova/ Azərbaycanın "vahid pəncərə" sisteminin dünyada analoqu yoxdur. Bu barədə bazar ertəsi Azərbaycanın vergilər naziri Fazil Məmmədov məlumat verib. "Azərbaycanlı sahibkarlar öz bizneslərini üç gün müddətində qeydiyyatdan keçirə bilmək imkanına malik olacaqlar" - nazir bildirib. Apreldə prezident İlham Əliyev Azərbaycanda "vahid pəncərə" sisteminin tətbiq edilməsi haqqında fərman verib. Müvafiq hökumət strukturlarına vahid kodlaşdırmanın tətbiqi ilə, "bir pəncərə"nin (vahid qeydiyyat orqanı) prinsiplərinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti göstərən subyektlərin işinin təşkili haqqında təkliflər hazırlamaq və prezidentə təqdim etmək tapşırılıb. Nazirin sözlərinə görə, ölkədə "vahid pəncərə" sisteminin tətbiqinə 2008-ci ilin yanvarından başlanacaq. Nazirin sözlərinə görə, Azərbaycanın Vergilər Nazirliyi İqtisadi İnkişaf Nazirliyi ilə birgə digər ölkələrin təcrübəsini öyrəniblər, lakin hər halda Azərbaycanın "vahid pəncərə" sistemi daha təkmil olacaq.

Xəbər lenti

Xəbər lenti