...

Azərbaycan və Avropanın investisiya bankı 2008-ci ildə saziş imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2007 00:05 (UTC +04:00)

Azərbaycan, Baku / müxbir Trend İ.Xəlilova / Avropanın investisiya bankı və Azərbaycan höküməti çərçivə sazişinin hazır olmaması səbəbindən onun imzalanması 2008-ci ilə saxlanılıb. Bu barədə həftənin ikinci günü Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikail Cabbarov deyib. Anoloji saziş 2007-ci ildə Gürgüstanla bağlanıb və bu ölkənin parlamenti tərəfindən ratifikasiya olunub.

Saziş Azərbaycanın iqtisadi nazirliklərində ekspertizadan keçir. Onda, Azərbaycanın bank qarşısında öhdəlikləri və ölkədə bank üçün rejim (diplomatik, vergi) müəyyən ediləcək.

Avropanın rekonstruksiya və inkişaf bankı (ARİB) ölkənin dəmiryolu infrastrukturunun inkişafı üçün $500 mln. sərmayə qoymaq istəyini bildirib.

AİB laihələri maliyyələşdirməyi Avroqonşuluq Siyasəti çərçivəsində Avropa ittifaqı hesabına həyata keçirmək niyyətindədir. Bu laihələr bir neçə dövləti birləşdirəcək.

ARİB və AİB Rusiyaya, Ukrainaya, Moldovaya, Cənubi Qavqaz dövlətlərinə və Mərkəzi Asiyaya sərmayə qoymağa hazır olmaqlarını bildirib. Aİ Şurası birgə maliyyələşdirmək üçün 2013 ilə kimi 3,7 mlrd. avro göndərməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti