Azərbaycan, Bakı, 10 yanvar / müxbir İ.Xəlilova/ Dekabrda dollara nisbətdə (USD/AZN) milli valyutanın birja məzənnəsi 0.2%- bir USD üçün 0.8470 manatdan 0.8453 manatadək möhkəmlənib. Bu barədə cümə günü Bakı Banklararası Valyuta Birjasından (BBVB) məlumat veriblər.
Nəticədə, manatın ABŞ dollarına nisbətən orta çəkili məzənnəsi dekabrda 1 USD üçün 0,8453 manata bərabər olub. Noyabrın nəticələrinə görə isə, bu göstərici 0,8475 manat olub.
Son ildə milli valyutanın orta çəkili birja məzənnəsi 1 AB dolları üçün 3.3% möhkəmlənib.