...

Azərbaycan Mikromaliyyələşdirmə Bankında səhmdarların iştirak payının yenidən bölüşdürülməsi baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2008 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar/ " müxbir İ.Xəlilova/ ikromaliyyələşdirmə sahəsində strateji investor qismində çalışan AccessHolding Azərbaycan MikroMaliyyələşdirmə Bankında (AMMB) öz payını 9,95%-dən 16,53-dək artırıb. Bu barədə çərşənbə günü bankdan məlumat veriblər.

Onun səhmləri iki mövcud səhmdardan - 545,000 səhm KfW-dan, 177,779 səhm isə, LFS Consulting şirkətindən alınıb (bir səhmin nominal dəyəri 1 manat təşkil edir). Bu əməliyyat nəticəsində, KfW-n payı 24.95%-dən 20%-ə, LFS-n payı isə, 5.09%-dən 3.47%-dək azalıb.

Belə bölüşdürmə nəticəsində, LFS və AccessHolding birlikdə şirkətin 20% səhmlərini əldə ediblər. . AccessHolding 2007-ci ildə AMMB-n səhmdarları sırasına daxil olarkən, hər bir 4 səhmdarın 20% səhm alacağı, qalan 20% səhmlərin isə, LFS və AccessHolding arasında bölüşdürüləcəyi planlaşdırılırdı. Səhmlərin hazırki transferi əvvəllər hüquqi və texniki səbəblərə görə təxirə salınan bu öhdəliyi yerinə yetirib.

Azərbaycan Mikromaliyyələşdirmə Bankı 6 səhmdarın 100%-lik xarici sahibliyinə məxsusdur - bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı, LFS Financial Systems GmbH - Almaniyanın Konsaltinq Şirkəti, eləcə də, mikromaliyyələşdirmə sahəsində strateji investor qismində çalışan AccessHolding şirkətidir.

Xəbər lenti

Xəbər lenti