...

Maliyyə Nazirliyi Azərbaycan sığorta şirkətinin bağlanması işi üzrə hüquq müdafiə orqanlarına müraciət edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2008 15:02 (UTC +04:00)
Maliyyə Nazirliyi Azərbaycan sığorta şirkətinin bağlanması işi üzrə hüquq müdafiə orqanlarına müraciət edəcək

Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir Ü.İsmayılova / Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2007-ci ilin dekabrında Azərbaycanın sığorta şirkəti "Qorqud Sigorta"nın bağlanması işi üzrə hüquq müdafiə orqanlarına müraciət edəcək. Bu barədə çərşənbə günü Azərbaycan Maliyyə Nazirliyinin sığorta nəzarəti şöbəsinin rəhbəri Namiq Xəlilov bildirib.

"Maliyyə Nazirliyi şirkətə sonuncu xəbərdarlığı edib. Əgər "Qorqud Sigorta" bir müddətdən sonra qanunsuz fəaliyyətini dayandırmasa, Maliyyə Nazirliyi müvafiq orqanlara müraciət edəcək" - Xəlilov deyib.

2007-ci ilin sentyabrında Maliyyə Nazirliyi "Qorqud Sigorta"nın fəaliyyətini müvəqqəti dayandırıb. Rübb yoxlamaları zamanı idarə, şirkətin fəaliyyətinin sığorta haqqında Qanunun 46-cı maddəsinin dördüncü bəndinə zidd olduğunu aşkar edib. Qanuna əsasən, şirkətin şəxsi kapitalı nizamnamə kapitalından az olmamalıdır. Nazirlik 2006-cı ilin oktyabrın 25-də "Qorgud Sigorta"ya verilən lisenziyanın dekabrın 14-də ləğv edilməsini bildirib.

Xəlilovun sözlərinə görə, dekabrda şirkətin sığorta fəaliyyəti aparılmasına dair lisenziyasının ləğv edilməsinə baxmayaraq, "Qorgud Sigorta" sığortaçılarla sığorta müqaviləsi bağlamağa davam edir, bu da qanuna ziddir.

"Qorgud Sigorta" 2006-cı ildə Azərbaycanın sığorta bazarında müştərilər qarşısında öhdəliklərini yerinə yetirmədiyindən bağlanan "Birlik Sigorta"nı əvəz edib. Şirkətin təsisçiləri struktur dəyişikliklər edərək "Birlik Sigorta"nın adını dəyişərək "Qorgud Sigorta" ediblər.

Çərşənbə günü "Qorgud Sigorta"nın baş direktoru Ali Kaçan vəziyyəti şərh edərək bildirib ki, bu həftə şəxsi mətbuat konfransında şirkət Maliyyə Nazirliyinin bildirişinə öz mövqeyini açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti